Gündəm
Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edildi
Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı bir nəfərin iki ayaq sümüyü sınıb.
hadisə Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Güləhmədov Samir Əlikram oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralının hər iki ayaq sümüyü sınıb. O, xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat zamanı sol ayağı amputasiya edilib.