Gündəm
Şirvanda adam oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq, ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, E.Nəzərov cari ilin fevral ayında qohumu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq, Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.
Dəstənin üzvü, Hacıqabul rayon sakini Manafov Rahil Sahil oğlu cinayət hadisəsinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub.
Daha çox xəbər:
Oğurladıqları avtomobillə qəzaya düşdülər, biri xəstəxanalıq oldu - FOTO
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Bakıda axtarışda olan 38 yaşlı qadın mənzildən oğurluq edib
Polis əməliyyat keçirib narkotacirləri ələ keçirdi - Narkotik maddə alan da tutuldu