Gündəm
Ötən il kommersiya məhkəmələri neçə işə baxıb? - RƏSMİ
“Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7 200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışına müsahibəsində bildirib.
F.Məmmədov qeyd edib ki, kommersiya mübahisələri üzrə yekun qərarların 80 %-i ilə tərəflər razılaşıb:
“Başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96 %-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir”.
Daha çox xəbər:
Yeni məhkəmələrin yaranması ilə bağlı qanun qüvvəyə minib
Bu gün şəhid kapitan Ruhin Xəlilovun doğum günüdür - FOTO
Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı
74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ
200-dən çox dəmiryolçudan ŞOK MÜRACİƏT: “Ziya Məmmədov katibəsini öldürüb, filan yerdə basdırıb” – AÇIQLAMA (VİDEO)