Gündəm
17:47, 29 May 2021

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarıldı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.

İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.

Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub.
Digər xəbərlər: