Gündəm
Azərbaycanlı dünya çempionunun üçəmi oldu
Şotokan karate üzrə dünya və Avropa çempionu Əli Cəfərovun bu gün üç uşağı birdən dünyaya gəlib.
Oxu.Az-ın xəbərinə görə, üçəmin biri oğlan, ikisi isə qızdır. Artıq hər üçünün adı da məlumdur.
Oğlan uşağının adı Raqub, qızlarınkı isə Nur və Şəmsdir.
Qeyd edək ki, Əli Cəfərov +84 kq çəki dərəcəsində WKF karate millimizin də üzvlərindən biridir.