Gündəm
Rusiyada bir mənzildən ikisi uşaq olmaqla dörd nəfərin meyiti tapılıb

Rusiyanın Moskva vilayətinin Şyolkovo şəhərində bir evdən iki uşağın və onların iki valideyninin cəsədi aşkar edilib.
“Arqumentı i Faktı” xəbər verir ki, qonşulardan məlumat daxil olan kimi polislər və məhkəmə ekspertləri hadisə yerinə yollanıb.
Cəsədlərin tapıldığı mənzilin qapısı arxa tərəfdən bağlı olub. Hadisə yerində olan bütün maddi sübutlar və əşyalar toplanılaraq istintaq orqanlarına təhvil verilib.
Qeyd olunur ki, mütəxəssislər ailə haqqında məlumat toplayır, onların yaxınlarını dindirir və cinayətə səbəb ola biləcək səbəbləri öyrənir.
Daha çox xəbər:

Rusiyada binada partlayış - Ölənlər var

Mənzildən üç ay əvvəl intihar etmiş qardaşların meyitləri tapıldı

Bakıda ağacdan asılmış kişi meyiti tapılıb

Sumqayıtda batan iki yeniyetmədən birinin meyiti tapılıb, digərinin axtarışları davam edir

Azərbaycanda elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu - VİDEO