Gündəm
18:17, 31 May 2021

İşğaldan azad olunmuş ərazilərdə son bir həftədə aşkarlanan minaların sayı açıqlanıb - FOTO

İşğaldan azad olunmuş ərazilərdə son bir həftədə aşkarlanan minaların sayı açıqlanıb - FOTO



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Bu barədə Oxu.Az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 783 989 kvadratmetr (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər xəbərlər: