Gündəm
ÜST: Yoluxma sayı azalır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, son bir həftə ərzində dünyada koronavirusa 3 016 005 yoluxma qeydə alınıb.
Bu, yoluxma sayının 15% azalması deməkdir.
Əvvəlki yeddi günlə müqayisədə ölüm sayı 31 may-6 iyun arasında 8% azalaraq 73 807 nəfərə düşüb.
6 iyun tarixinə qədər yoluxma sayı 172 673 097, pandemiya başlayandan ölüm sayı 3 718 944 olub.
COVID-19 xəstələrinin əksəriyyəti - 914 min nəfərdən çoxu Hindistanda qeydə alınıb.
Braziliyada bu rəqəm 449, Argentinada isə 212 mindən çoxdur.