Gündəm
AVRO-2020-nin Olimpiya Stadionunda keçiriləcək oyununa əzərkeşlərin daşınması başlayıb- FOTO
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) təşkil etdiyi X1, X2, P21 və P22 ekspres xətləri üzrə daşımalar başlayıb.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bundan əvvəl isə tibbi müayinədən keçən sürücülərə, həmçinin təhlükəsizlik və onların vəzifələrinə dair təlimatlar verilib.
Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu (BOS) istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra azarkeşlər BOS İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq.
Ekspres xətlərin keçdiyi yollarda nəqliyyat vasitələrin fasiləsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.
Daha çox xəbər:
Yeni il gecəsi Bakıda avtobuslar saat 01.00-dək işləyəcək
Prezidenti və birinci xanım BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında olublar
Bakı Nəqliyyat Agentliyi cərimələri bərpa edir - Bu tarixdən
Bakıda marşrutlarla bağlı YENİLİK
Olimpiya stadionuna hansı maşınlar daxil ola bilər? - RƏSMİ