Gündəm
Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb
Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.
Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.