Gündəm
Rusiyada vaksin vurdurmaqdan imtina edən şəxslər işlərini itirə bilər
Rusiyanın Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov iş müəssisələrində işçilərinin koronavirus əleyhinə peyvənddən imtina etdikləri təqdirdə onların işdən kənarlaşdırıla biləcəyini söyləyib.
Bu barədə “Kommersant” nəşri xəbər verib.
“Əgər regionda müəyyən kateqoriyaya aid işçilərin vaksinasiya olunması haqqında sanitar həkimin əmri varsa, peyvənd edilməmiş şəxs işindən kənarlaşdırıla bilər”, - deyə Rusiyanın Əmək Nazirliyinin rəhbəri vurğulayıb.
Bundan əvvəl isə A.Kotyakov vaksinasiyadan imtina edən işçilərin işdən çıxarılmasının qanunsuz olduğunu demişdi.
Daha çox xəbər:
Vaksindən imtina edənlər cərimlənəcək? - BAŞ İNFEKSİONİST AÇIQLADI...
Azərbaycanda koronavirus əleyhinə vaksin olunanların sayı 890 minə çatır - FOTO
Peyvənd olunan müəllimlərin və texniki işçilərin sayı AÇIQLANDI
SMS icazə peyvənd olunan şəxslərə də aid ediləcəkmi? - VİDEO
İşsizlərə ŞAD XƏBƏR - Dövlət 250 AZN pul ödəyəcək - VİDEO