Gündəm
Saatlıda qonşusunun mal-qarasını oğurlayan şəxs saxlanılıb
Saatlı sakininin mal-qarası oğurlanıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 24-də rayon sakini C.Xankişiyevə məxsus 10 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Aslanov saxlanılıb.
Dindirilmə zamanı S.Aslanov törətdiyi cinayət əməlini etiraf edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurladığını və dəyərindən ucuz qiymətə satdığını bildirib.
Polis əməkdaşları tərəfindən heyvanların yerləri müəyyən edilərək maddi sübut kimi götürülüb və zərərçəkmişə təhvil verilib.
Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində yerləşən evlərin birindən bir ədəd samovar oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, S.Aslanovun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.
Daha çox xəbər: