Gündəm
Yevgeni Mixaylov: “Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır”
Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar getdikcə daha çox baş verir. Bununla yanaşı, erməni və ermənipərəst ekspertlər baş verənlərdə Rusiyanı günahlandırır, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan Bakı və Moskva ilə hər hansı danışıqdan imtina etməyə çağırırlar.
Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov qeyd edib ki, bəzi erməni mütəxəssislərin səsləndirdikləri bu cür cəfəngiyatlara münasibət bildirmək çətindir.
Bu barədə o, Caliber.Az-ın suallarını cavablandırarkən deyib:
“Rusiya Ermənistanı tamamilə süquta uğramaqdan qurtardı. İndi sərhəddə təxribatlar baş verir, sonra Rusiya ittiham olunur?! Məgər bu normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsi nə cəfəngiyatdır? Qarabağın hansı statusundan söhbət gedə bilər? Bu, Azərbaycanın bir hissəsidir!”
Mütəxəssis vurğulayıb ki, Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır:
“Yalnız qonşuları ilə sülh şəraitində olduğu təqdirdə Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri gülünc görünür, buna əhəmiyyət verməmək lazımdır”, - deyə Yevgeni Mixaylov bildirib.
Eyni zamanda, ekspertin fikrincə, Ermənistanı bütün problemli məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır:
“İrəvan Rusiya hərbçilərini çətin vəziyyətə salaraq intiqam almaq barədə düşünməməli, təxribat törətməməlidir”.
Daha çox xəbər:
Politoloq: “Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vurur”
Mart ayında 74 mindən çox insan Ermənistanı tərk edib
Zakir Həsənov MDB-nin iclasında Ermənistanı ittiham edib
Paşinyanın Rusiya kanalında rüsvayçılığı - TƏHLİL
“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”