Gündəm
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Dünən axşam saatlarında Tovuzda keçirilən toy mərasimlərindən birində insident baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı 1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəni 2001-ci təvəllüdlü İsmayılov Elgün törədib. Ona qarşı edilən zarafatı qəbul etməyən E.İsmayılov M.Kərimova və F.Hüseynova qayçı ilə, F.Mehdiyevə isə başından butulka ilə xəsarət yetirib.
E.İsmayılov polis tərəfindən saxlanılıb.