Gündəm
Rusiyalılar övladlarına koronavirusa qarşı vaksin vurdurmaq istəmirlər

Rusiyalı valideynlərin yarısından çoxu (69 faiz) övladını koronavirus əleyhinə vaksinasiya etdirməkdən imtina ediblər.
RBC bu barədə “SuperJob”un araşdırmasına istinadən xəbər yayıb. Respondentlərin yalnız 8 faizi uşaqlarını peyvənd etməyi planlaşdırır, 23 faizi isə qərarsızdır.
Valideynlər peyvənd haqqında məlumatın yetərsiz olduğunu əsas gətirirlər.
Tədqiqat zamanı müəyyən olunub ki, əsasən özləri peyvənd olunanlar uşaqlarına da vaksin vurulmasına hazırdırlar.
Eyni zamanda, övladlarının vaksinasiyasına atalar analara nisbətən daha çox (36 faizə 24 faiz nisbətində) razıdırlar.
Daha çox xəbər:

Azərbaycanda koronavirus əleyhinə vaksin olunanların sayı 890 minə çatır - FOTO

Moskvada peyvənd olunanlar avtomobil qazanacaq

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı barəsində AÇIQLAMA

Baydenə koronavirusa qarşı peyvənd vurulub

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO