Gündəm
12:44, 21 Temmuz 2021

Dünyada koronavirusa yoluxanların sayı 192 milyonu keçdi

[medium=left]http://dahilider.az/uploads/posts/2021-07/1626857099_196499356_339549291083033_4814284662924218716_n-1.jpg[/medium

Dünyada 192 274 819 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 4 133 943 xəstə ölüb, 174 960 319 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (35 081 719 nəfər), Hindistan (31 216 337 nəfər), Braziliya (19 419 741 nəfər), Rusiya (6 006 536 nəfər) və Fransadır (5 890 062 nəfər).

Türkiyədə 5 546 166, İranda 3 576 148, Gürcüstanda 390 945, Ermənistanda isə 227 716 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (149 922 nəfər), İran (87 624 nəfər) və Türkiyədə (50 650 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 338 837 nəfərin 4 994-ü ölüb, 331 429 xəstə sağalıb.
Digər xəbərlər: