Gündəm
Prezident Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə 600 min manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə Prezident.az məlumat yayıb.
Sərəncama əsasən talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.
Daha çox xəbər:
İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat pul ayırdı - SƏRƏNCAM
Prezidentdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı - SƏRƏNCAM