Gündəm
17:14, 29 Temmuz 2021

Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI



İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24°, gündüz 30-34°, Bakıda gecə 21-23°, gündüz 31-33° olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 31-36°, dağlarda gecə 9-14°, gündüz 17-22° olacaq.
Digər xəbərlər: