Gündəm
11:59, 13 Ağustos 2021

Koronavirus-zəmanımizin agır bəlası-ondan necə qorunaq?

Koronavirus-zəmanımizin agır bəlası-ondan necə qorunaq?


"Biz bu gün çox böyük təhlükə - yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma, onunla müharibə qarşısındayıq. Bu, adi müharibə deyil. Bizi böyük təhlükə qarşısında qoyan virus gözə görünmür, iyi, səsi yoxdur və onun bizi məhv etmək yolları haqqında məlumatsızıq. Hazırda bu virusa qarşı vaksin və müvafiq dərmanlar da mövcuddur.
Böyük, güclü dövlətlər belə onun qarşısında acizdir. Ən qorxulusu odur ki, koronavirus bizim yaşamağımızı, bədənimizi oksigenlə təmin edən ən həssas üzvünü - ağciyərləri zədələyir. İnsan qidasız 8-10, susuz 3-4 gün yaşaya bilər, lakin oksigensiz 5-10 dəqiqədən artıq yaşamır". oksigen çatışmazlığı beyinin, qaraciyərin və başqa orqanların fəaliyyətini dayandırır və nəticədə insan həyatını itirir: "Ağciyərlər sıxılıb-açılma yolu ilə bizi əhatə edən mühitdən havanı qəbul edir, çox incə yollarla qana və qan damarları vasitəsilə bədənin yaşamasını təmin edən üzvlərə daxil edir. Oksigensiz həyat mümkün deyil. Ona görə də bu virusun ağ ciyərlərin fəaliyyətinə təsiri çox qorxuludur. Virusa qarşı mübarizə aparmaq üçün dərmanların olmamasını nəzərə alaraq, özümüzü və ətrafdakılarımızı ondan qorumalıyıq".
Koronavirus yalnız keçən ilin dekabrında peyda olub, lakin indi artıq bütün dünya bu virusun pandemiyası və onun yaratdığı Covid-19 xəstəliyinin öhdəsindən gəlməyə çalışır.

Əksəriyyət üçün bu xəstəlik yüngül keçir, lakin bəzi insanları bu xəstəlik öldürür.Koronavirus pandemiyası insanların psixi sağlamlığına "dərin" təsir göstərə bilər - indi və gələcəkdə. Bunu deyən psixiatrlar və psixoloqlar təcili tədqiqatlar aparılmasına çağırırlar.Keçirilmiş sorğular göstərir ki, qorxu hissi və təcrid rejimi artıq insanlara təsir göstərməyə başlayıb.

Koronavirusun simptomları hansılardır?
Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Simptomlar virusla qarşı qarşıya gələndən 2-14 gün ərzində özünü göstərə bilər. Bəzi yoluxan insanlar simptom göstərməyə bilər.

Ən yayğın simptomlara hərarət, öskürək və yorğunluq aid ola bilər. Digər simptomlar isə təngnəfəslik, sinədə ağrı və ya sıxılma, əzələ və ya bədən ağrısı, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi, boğazda narahatlıq hissi, ishal, mədə bulantısı və qusma, qarın ağrısı və dəridə qaşınmadır. Bu simptomlardan əlavə körpələrdə qidalanmada çətinlik müşahidə oluna bilər.

Hər yaşta uşaq COVID-19 xəstəliyinə yoluxa bilər. Böyüklər və uşaqlar eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərə müqayisədə daha yüngül keçirdirlər.Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər.

Viruslar bədən hüceyrələrinin içərisinə işləyəndən sonra onları nəzarət altına götürür.

Rəsmi olaraq Sars-CoV-2 adlanan koronavirus onu nəfəslə içəri aldığınız zaman (kimsə yaxında öskürəndən sonra) və ya üstündə virus olan əşyaya və sonra da üzünüzə toxunduğunuz zaman bədəninizə keçə bilər.

Bu virus ilk növbədə boğaz, tənəffüs yolları və ciyərlərdə yerləşən hüceyrələrə yoluxur və onları daha çox sayda hüceyrəyə yoluxmaqda davam edən böyük miqdarda yeni virus massivi istehsal edən "koronavirus fabriklərinə" çevirir.

Bu erkən mərhələdə insanda xəstəlik simptomları olmur və bəzi insanlarda həmin simptomlar heç vaxt olmaya da bilər.İnkubasiya müddəti, yəni infeksiyanın yoluxması ilə və ilk simptomların özünü göstərməsi arasındakı vaxt geniş diapazonda dəyişir, lakin orta hesabla təxminən beş gün çəkir. İnsanların əksəriyyətində xəstəlik bu cür keçir.

Covid-19 virusuna yoluxanların 10 nəfərdən səkkizində infeksiya yüngül formada keçir və əsas simptomlar yalnız qızdırma və öskürək kimi özünü göstərir.

Bədən, boğaz və baş ağrısı - bütün bunlar mümkündür, lakin mütləq deyil.Qızdırma və ümumiyyətlə, naxoşluq hissi immunitet sisteminin infeksiyaya reaksiya verməsinin nəticəsidir. İmmun sistemi virusu aşkar edilən kimi bədənin qalan hissələrinə xəbərdarlıq siqnalları göndərir və bu proses sitokinlər adlanan kimyəvi maddələrin əmələ gəlməsi və ifrazı yoluyla vaş verir.

Onlar immunitet sistemini toparlayır, amma eyni zamanda bədəndə narahtlıq hissi, ağrı və qızdırmaya səbəb olur.Koronavirusa görə əmələ gələn öskürək ilk öncə quru olur və bunun səbəbi infeksiyaya yoluxmuş hüceyrələrin qıcıqlanması ilə bağlıdır.

Bəzi insanlarda quru öskürək nəhayət bəlğəm gətirən öskürəyə çevrilir, bəlğəmin tərkibi virusun öldürdüyü ciyər hüceyrələrinin qarışığı olan qalın selikdən ibarətdir. Bəzi insanlarda quru öskürək nəhayət bəlğəm gətirən öskürəyə çevrilir, bəlğəmin tərkibi virusun öldürdüyü ciyər hüceyrələrinin qarışığı olan qalın selikdən ibarətdir.

Bu simptomlar yataq rejimi, bol miqdarda maye və parasetamol qəbul edilməsi ilə müalicə olunur. Bu halda ixtisaslaşdırılmış xəstəxanaya yatmaq ehtiyacı yaranmır.
Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın.


Səkinə Mirzəliyeva
BDU-nun fiziki və kolloid kimya kafedrasının dosenti
Digər xəbərlər: