Gündəm
Saxta COVID pasportu verən həkimlərin diplomu ləğv edilə bilər
Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdən isə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir.
Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov “Report”a açıqlamasında deyib ki, saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir.
O hesab edir ki, saxta peyvənd pasportu verən tibb işçilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır:
“Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir”.
Deputat Azərbaycanda peyvəndləmə prosesinin dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq olduğunu da vurğulayıb:
“Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur”.
Daha çox xəbər:
Hinidistanda minlərlə şəxsə saxta peyvənd vurulub
Azərbaycanda bəzi xidmət sahələrinin işçilərindən COVID pasportu tələb olunacaq
TƏBİB-dən vaksin vurulduğuna dair saxta sənəd iddialarına CAVAB
Saxta məlumat yayaraq xaosa səbəb olanları hansı cəza gözləyir? - QANUN
Bakıda saxta 50 və 100 manatlıq tapıldı