Gündəm
Dövlət qurumu bir gündə 637 monitorinq keçirib - FOTO
2021-ci il avqustun 22-də ölkə üzrə 383 ictimai iaşə obyektində 637 monitorinq keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinqlər zamanı üç müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular Bakı şəhəri, Nəsimi, Səbail rayonlarında və Oğuz rayonu, Calut kəndində yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.
Daha çox xəbər: