Gündəm
16:53, 24 Ağustos 2021

Sabahdan daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə olacaq

Sabahdan daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə olacaq



Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.

Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.

Qeyd edək ki, bundan əvvəl 130 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilməyə başlanılıb.
Digər xəbərlər: