Gündəm
Salatınkənddən olan ermənilər: “Belə davam edərsə, buranı tərk edəcəyik” - FOTO
Ermənistanın “CivilNet” onlayn telekanalının reportyorları, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan Azərbaycanın Şuşa rayonunun Salatınkənd kəndindən reportaj hazırlayıblar.
Caliber.Az tərəfindən erməni dilindən ruscaya tərcümə edilən videoda kəndlilər rus sülhməramlı kontingentindən, mövcud vəziyyətlə bağlı narahatlıqları və evlərini tərk etmək planlarından danışıblar.
Onların sözlərinə görə, rus sülhməramlıları kəndin yaxınlığında xidməti növbətçiliyi yerinə yetirməli idilər, lakin fakt ondan ibarətdir ki, onlar orada yoxdurlar.
“Baxın, postlarda rus sülhməramlıları yoxdur. Postlar boşdur. Əgər belə davam edərsə, aydın məsələdir ki, biz buradan gedəcəyik”, - deyə yerli sakinlərdən olan bir kişi jurnalistlərə bildirib.
Onun sözlərini həmkəndlisi də dəstəkləyib
“Bizim yeganə ümidimiz Tanrıyadır. Ümid edirik ki, hər şey yaxşı olacaq. Lakin erməni qoşunları gediblər. Buna görə də biz rahat ola bilmərik”, - deyə eyni kənddə yaşayan qadın vurğulayıb.
Başqa bir kənd sakini İrəvandan gələn jurnalistlərə bildirib ki, rus sülhməramlıları öhdəliklərini yerinə yetirmirlər.
“Onlar kəndin yaxınlığındakı postda olmalıdırlar, amma onlar orada deyillər. Bayraqlarını beş dəqiqəlik oraya gətirdilər və dərhal postu tərk etdilər”, - deyə digər kənd sakini söyləyib.
Jurnalistlərlə həmsöhbət olan digər bir sakininin sözlərinə görə, kənddə cəmi 140 nəfər yaşayır və onların hamısı kəndi tərk etməyə kökləniblər.
O bildirib ki, insanlar arasında çaxnaşma hökm sürürdü. Hətta bir ara məlumat yayıldı ki, sakinlər kəndi tərk etməlidirlər, amma sonra planlar dəyişdi.
“Beləcə də yaşayırıq, sülhməramlılar varmış kimidir, amma fakt onlar yoxdurlar”, - deyə kənd sakini bildirib.
Daha çox xəbər:
Rus sülhməramlıları Qarabağa yerləşdirilsə də... - Türk generaldan mühüm açıqlama
Qarabağdakı bu kəndə niyə gətirirlər? – ŞOK SƏBƏB!
"Xocavənd, Xankəndi və Xocalı sakinlərinə Azərbaycan pasportu veriləcək" — AÇIQLAMA
Türk general Qarabağla bağlı SENSASİON DETALLARI AÇDI: Xocalı, Xankəndi və Xocavənd...
"Tezliklə Fransa sülhməramlıları da bölgəyə gələcək" - Erməni xalqına təsəlli