Gündəm
Daşkəsəndə dolu iflic vəziyyət yaratdı: Elektrik kəsildi, nəqliyyatın hərəkəti çətinləşdi
Qərb bölgəsində güclü külək əsir, dağlıq rayonlara dolu düşüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, günorta saatlarından dağlıq və dağətəyi rayonlarda hava şəraiti kəskin dəyişib.
Daşkəsəndə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə Daşkəsənə və ətraf dağlıq rayonlara dolu düşüb.
Hava şəraiti səbəbindən bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik olub.
Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti müşahidə olunur.