Gündəm
Könüllülərin təqdimatında Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib – FOTO
Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə istedadlı Azərbaycan könüllülərinin təqdimatında 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı baş tutub.
Konsertdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, AKTİ katibliyi, eləcə də İttifaqa üzv təşkilatları təmsil edən könüllülər iştirak ediblər.
Könüllülərin ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər səhnələşdirilib.
Sonda könüllülərə rəsmilər tərəfindən təşəkkürnamələr təqdim edilib.
Daha çox xəbər:
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda möhtəşəm konsert olacaq
Sumqayıtda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq
Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.