Gündəm
Xaçmazda adı “Qırmızı kitab”a düşmüş quşu qanunsuz ovlayan şəxslər saxlanılıb

Xaçmaz rayonunda ov edən iki nəfər saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı ‘VAZ-21014” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib.
“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb”, - B.Məhəmmədov bildirib.
Daha çox xəbər:

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı: Təbiətə 3000 manata yaxın ziyan dəyib

Ölkə ərazisində qaydaları pozaraq məclis təşkil edən şəxslər cərimələnib

Baş həkim bu səbəbə görə işdən çıxarıldı

Göygöldə 15 sürücü barəsində protokol tərtib edildi – FOTO