Gündəm
18:52, 21 Eylül 2021

ABŞ-da COVID-19-dan ölümlər “İspan qripi” qurbanlarının sayını keçdi

ABŞ-da COVID-19-dan ölümlər “İspan qripi” qurbanlarının sayını keçdi


ABŞ-da koronavirusdan ölənlərin sayı 1918-ci ildə baş verən “İspan qripi” qurbanlarının sayını keçib.

ABŞ-da COVID-19-dan 675 446 amerikalının öldüyü bildirilir. Amma iki il davam edən “İspan qripi” isə təxminən, 675 000 sakinin həyatına son qoyub.

Alimlərin sözlərinə görə, 1918-ci ildə nə ağciyərlərin süni ventilyasiyası aparatları, nə də vaksin olub.

Müasir tibbin inkişafına baxmayaraq bu gün bu qədər insanın ölməsi narahatlıq doğurur.

Son vaxtlar ABŞ-da koronavirusdan gündə orta hesabla 1900 insan ölür. Bu, 2021-ci ilin mart ayının əvvəlindən bəri ən yüksək ölüm nisbətidir.

Mənbə: Lenta.ru
Digər xəbərlər: