Gündəm
Belarus hərbi tibb mütəxəssisləri Azərbaycana gəliblər - FOTO
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.
Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.
Sentyabrın 23-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ziyarəti planlaşdırılır.
Daha çox xəbər:
Müdafiə Nazirliyindən hərbi qulluqçuların koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı AÇIQLAMA
Zakir Həsənov İtaliyanın yeni səfiri ilə görüşüb - FOTO
Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır
Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır
Sumqayıt Tibb Mərkəzi yaradıldı