Gündəm
Qusarda karantin qaydalarını pozan çay evi aşkarlandı

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilmişdir. Ümumilikdə bir neçə nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Daha çox xəbər:

Siyəzəndə karantin qaydalarını pozan repetitor saxlanıldı - RƏSMİ

Karantin qaydalarını pozan şadlıq sarayları aşkarlandı: İki nəfər barəsində cinayət işi başlanıldı

Qubada kafe sahibi cərimələndi

Karantin qaydalarını pozan 2 nəfər həbs edildi - FOTO

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb