Gündəm
İsveçdə şəhidlərimiz yad edilib
Stokholmda yaşayan azərbaycanlı icmasının iştirakı ilə Azərbaycanın İsveçdəki səfirliyinin binası önündə 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya zamanı Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfirliyin binası önünə gül dəstələri düzülüb, şamlar yandırılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Daha çox xəbər:
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinə göstərilən diqqət və qayğı qürurvericidir - ADPU tələbəsi yazır...
Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTO
Azərbaycandakı dini konfessiya rəhbərlərinin Ağdama səfəri başlayıb - FOTO
Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək