Gündəm
20:00, 30 Eylül 2021

Polis əri tərəfindən öldürülən qadının görüntüsü yayıldı - FOTO

Polis əri tərəfindən öldürülən qadının görüntüsü yayıldı - FOTO



Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının fotosu yayılıb.

27 yaşlı Xanım Məmmədova Musa qızı bu gün Post Patrul Xidmətinin serjantı, əri İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyü barədə şikayət ərizəsi üçün dəvət olunduğu bölmədə güllələnərək öldürülüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar səkkiz il qabaq ailə həyatı qurublar. Ailənin iki azyaşlı uşağı var. Onlardan biri məktəblidir, digəri bağçada təlim-tərbiyə alır.

Xanım Məmmədova sabah doğulduğu Qax rayonunun Cəlayir kəndində dəfn olunacaq.
Digər xəbərlər: