Gündəm
15:31, 05 Ekim 2021

QAPALI ŞƏRAİTDƏ LAVSONİA İNERMİS L. NÖVÜNÜN ÇİÇƏYİNDƏN ALINMIŞ “MONOFLOR BAL”IN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VƏ İQTİSADİ SƏMƏRƏSİ

T.M.Sadıqov, M.Ə.Qafarova, S.B.Bağırova, K.Ə.Sadıqova, L.İ.Mustafayeva, G.R.Süleymanova
AMEA Dendrologiya İnstitutu, Bakı şəh., Mərdəkan qəs., S.Yesenin küç 89
email:[email protected]

Açar sözlər: Lavsonia inermis L., arı ailəsi, monoflor bal, xına məhsulu, toxum məhsuldarlığı, dərman
Xülasə : Xına həmişəyaşıl kol bitkisidir.6-7 metr hündürlüyündə olub,il boyu çiçəkləyən bəzək bitkisi kimi Ərəbistanda bağ və parkların bəzəmək məqsədilə becərilir.Ağacın qabığı açıq rəngdə olub,yaşa dolduqca onun rəngi tündləşir.Ağacın budaqları bəzən tikanlı olur.Xına çiçəkləri salxım çiçək qrupuna yığılmışdır,çox ətirli olub,limon,çay,qızılgülünün qoxusunu verir.
Təbii boyaq bitkisi kimi Misirdə həm qadınlar,həm də kişilər müasir dövrə qədər xınadan kosmetik boya kimi istifadə etmişlər.Belə ki,kişilər saçlarına , bığ və saqqalarına,əl-ayaq dırnaqlarına,ovucun içinə xına yaxırdılar.Xına ilə boyanma Azərbaycanda dəb olmuşdur.Aparılan elmi tədqqat işləri xınanın tərkibində müxtəlif yağlar,sellüloza,kül,azot,tanin (aşı) ,efir yağı,nitrə və ona dünya şöhrəti qazandıran lavson tərkibli boyaq maddəsinin olduğunu aşkar etmişdir.Xına bitkisinin bütün orqaqnları özünəməxsus boyayıcı xüsusiyyətə malikdir.Xına boyası davamlı olub 3-4 ay ərzində rəngini dəyişmir.Xına boyası pambığın,yunun,ipəyin dərin məmulatlarının boyanmasında da istifadə edilir.Xına ilə boyanan parçalar uzun müddət öz təravətini itirmir.İnsanların böyük əksəriyyəti xınanın daha geniş istifadəsindən az məlumatlıdır. Müalicəvi, kosmetik və təbii boyaq bitkisi kimi istifadə olunan xına tozu Lavsonia inermis L. növünün qurudularaq üyüdülmüş yarpaqlarından hazırlanır. Xınanın zəngin kimyəvi tərkibi onu olduqca faydalı bitkiyə çevirir. Lavsonia inermis L. növünün tərkibindəki büzücü və antiseptik maddələr sayəsində bütün dəri xəstəliklərində, yaralarda geniş istifadə edilir. Xına bəzək vasitəsi olmaqla yanaşı həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Aparılmış çoxillik təcrübələr göstərir ki, Lavsoniya inermis kolları açıq şəraitdə özünü birillik bitki kimi göstərdiyi halda, qapalı şəraitdə həmin kollar xınanın İran ekotipinə məxsus müəyyən morfoloji xüsusiyyətlərini saxlayır, özünü çoxillik bitki kimi göstərir və fenoloji inkişaf fazalarını başa vurmaqla il ərzində 2-3 dəfə məhsul verir.
Elmi tədqiqatların nəticələri göstərir ki, qapalı şəraitdə 1 ha Lavsoniya inermis bitkisinin çiçək və yarpaq məhsulundan Monoflor bal almaqla il ərzində bir milyona qədər gəlir götürmək olar.
Bu məhsulların Şirkət və Kompaniyalar tərəfindən yetişdirilməsi və istifadə olunması tövsiyyə olunur.
Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi yaşıllaşdırmada geniş istifadə edilən və dərman əhəmiyyətli Lavsonia inermis L. növünün Respublikamızda becrilməsini, introduksiyasını və bu əhəmiyyətli bitkidən alınan sortların və onlardan istifadə imkanlarını öyrənməkdir.
Material və metodlar: Tədqiqatlar Azərbaycan Respublikasının Bakı, Abşeron, Lənkəran, Gəncə o cümlədən Naxçıvan MR-da aparılmışdır. Tədqiqat obyekti olaraq Lythraceae Jaume St. Hil fəsiləsinin Lavsoniya L. cinsinə aid Lavsonia inermis L. növüdür.
Tədqiq olunan növün toxumla çoxaldılması M.K.Firsov,V.V.Oqievskiy,toxumların morfologiyası İ.T.Vasilçenko,birillik cücərtilərin böyüməsi V.V.Smirnovun metodikalarına əsasən aparılmışdır.[1,2,3,4]
Müzakirə: Lavsonia inermis L. növü öz morfoloji əlamətlərinə görə mütəxəssislər tərəfindən Ağlarot (Lythraceae Jaume St. Hil) fəsiləsinin Lavsoniya L. cinsinə aid edilmişdir. Lavsonia inermis L. növü 1,5 m-dən 7,0 m-ə qədər hündürlükdə olan, həmişəyaşıl koldur. Bitki yabanı halda Ərəbstan və Şimali Amerikanın tropik və subtropik sahələrində bitir. Misir, Tunis, Hindistan, Yaponiya, İran və Seylon adasında xına bitkisi mədəni şəraitdə becərilir və 30 ilə qədər ömür sürür. [5, 6].

QAPALI ŞƏRAİTDƏ LAVSONİA İNERMİS L. NÖVÜNÜN ÇİÇƏYİNDƏN ALINMIŞ “MONOFLOR BAL”IN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VƏ İQTİSADİ  SƏMƏRƏSİ

Şəkil1.Xına bitkisinin İstixana şəraitində görünüşü

Ən keyfiyyətli xına məhsulu Misir xınası olub, dünya bazarında baha qiymətli hesab edilir. Xınadan Misirdə çox qədim zamanlardan müasir dövrədək həm qadınlar, həm də kişilər tərəfindən müalicəvi, kosmetik və təbii boyaq bitkisi kimi istifadə etmişlər. Son dövrlərdə Yaxın və Orta Şərq xalqları da xınadan istifadə etməyə başlamışlar. [13].
Bu məhsul keçmiş SSSR -na xaricdən gətirilirdi. Keçmiş SSSR-nin illik xına məhsuluna tələbatı 1000 ton idi. (V.Y.Maşanov avtoriterat-1976-cı il). [3].Xına məhsuluna olan tələbatı ödəmək üçün büdcədən xaricə külli miqdatda valyuta (dollar) xərclənirdi. Büdcədən xaricə xərclənən vəsaitin miqdarını azaltmaq üçün məhsulun daxili bazarda idxalı qarşıya məqsəd qoyuldu. Məhsulun ölkə daxilində yetişdirilməsi üçün Respublikanın institutlarına, akademiyalarına, elmi-tədqiqat müəssisələrinə öhdəliklər verildi. Rusiya Elmlər Akademiyasının Nikitin Botanika Bağının professoru V.Y.Maşanov 1970-1975-ci illərdə tədqiqatlara başladı və çox gözəl nəticələr əldə etdi. Lavsonia inermis L. növünün introduksiyasını təkmilləşdirmək üçün bitkinin şitil və toxumlarını keçmiş SSSR-nın müxtəlif Respublikalarına - Ukrayna, Orta Asiya, Qafqaza və s. ərazilərdə yetişdirməyə başlanıldı. Bitkilər üzərində tədqiqat V.Y.Maşanovun aspirantı Viktor Bukin tərəfindən yerinə yetirilirdi. [5,6,9 ].
Xına bitkisi üzərində qapalı şəraitdə bir sıra elmi-tədqiqatlar aparılaraq müsbət nəticələr alınmışdır. Təcrübələr 1975-cı ilin (46 il) may ayından bu günədək davam etdirilir. Bu müddət ərzində 50 ədəd xına kolu üzərində təcrübə aparılmış və qapalı şəraitdə məhsul alınmışdır. Təcrübələr göstərir ki, xına kolları açıq şəraitdə özünü birillik bitki kimi göstərdiyi halda, qapalı şəraitdə həmin kollar xınanın İran ekotipinə məxsus müəyyən morfoloji xüsusiyyətlərini saxlayır, özünü çoxillik bitki kimi göstərir və fenoloji inkişaf fazalarını başa vurmaqla il ərzində 2-3 dəfə məhsul verir.
Lavsonia inermis L. növünün şitil və toxumları 1975-ci ildə Azərbaycanın digər bölgələrinə Bakı, Abşeron, Lənkəran, Gəncə o cümlədən Naxçıvan MR-da introduksiya edildi. Növün məhsuldarlığını və introduksiyanın keyfiyyətini artırmaq üçün üçün qələmlə çoxaltmaya üstünlük vermək lazımdır.
AMEA Naxçıvan Elm Mərkəzinə 1975-ci ildə gətirilən şitillər və toxumlar Biologiya şöbəsinin k.e.i. T.M.Sadiqova tapşırıldı. 1975-ci ildən bu günədək (46 il) T.M.Sadıqov Lavsoniya inermis L. növündən 2 ədəd yeni sort almışdır. Alınmış sortların birindən-Orxan xına sortundan yarpaq məhsulu almaq üçün istifadə olunur. Qeyd edək ki, Orxan xına sortunun çiçəyi çox az miqdarda olduğundan əsas məhsulu yarpaqdır. Orxan xına sortundan patent (Patent №00205. 20.02.2016), gigiyenik sertifikat (Gigiyenik sertifikart. (Xına) № AZ. 031. 1287. 06.07.2018) və əmtəə nişanı (Əmtəə nişanı, Şəhadətnamə № 20140085. 15.01.2014.) əldə edilmişdir. [ 10,11,12,13 ].
Tərəfimizdən aparılmış çoxillik tədqiqatların nəticələri sübut etmişdir ki, AMEA Naxçıvan Elm Mərkəzində, Naxçıvanın Kolxoz və Sovxoz təsərrüfatlarında 200-300 hektarlıq ərazilərdə xına bitkisi əkildi, yüksək keyfiyyətli xına məhsulundan sertifikart (SSSR, 1980-1990-cı illər) alındıqdan sonra keçmiş SSSR-nin müxtəlif ərazilərdə satışa buraxılmışdır.
Aparılan tədqiqatların nəticəsinə əsaslanaraq Azərbaycan Respublkasının Naxçıvan şəhərində 100 ton xına məhsulu almaq üçün xına zavodunun tikintisinə qərar verilmişdir. (Azərbaycan SSR Nazirlər Soveti 124№-li Qərar 15.04.1986-cı il, Bakı şəhəri, 1986-1990-cı illər, Texniki şərt: T. Ş. AZ 1401555071 0./01.2016. İlk dəfə tətbiq edilir, Qüvvədə olma müddəti tarixi: 14.12.2016=14.12.2021)
Naxçıvan, Şirvan və Abşeron şəraitində becərilmiş Lavsoniya inermis L. növündən alınan məhsul, yəni üyüdülmüş xına tozu İran və Hindistan şəraitində becərilən xına məhsulları ilə müqayisə edilmişdir. Bu məqsədilə RSFSR Məişət Xidməti Nazirliyinin Mərkəzi Layihə Konstruktor və Texnoloji Bürosunun qeyri-istehsal və başqa məişət xidməti növləri üzrə laboratoriyasında analizlər aparılmışdır. Analizlərin müqaisəli tədqiqinin yekunu olaraq məlum olmuşdur ki, Naxçıvan MR-nın iqlim şəraitində becərilən xına bitkisindən əldə edilən məhsulun keyfiyyəti İran və Hindistan ölkələrində becərilən xına məhsulunun keyfiyyətindən rəng göstəricilərinə və boyama qabiliyyətinə görə xeyli üstündür.
Cədvəl 1
Xına məhsulunun bəzi keyfiyyət göstəricilərinin analizi
Becərilən ərazi Tozun rəngi və cinsliliyi Rəngləyici maddənin miqdarı (%-lə)
İran Tünd qonur 1,14
Hindistan Qonur 0,46
Abşeron Sarımtıl-yaşıl, cüzi bircinsli -“-
Şirvan Yaşıl rəngli,cüzi qeyri-bircinsli -“-
Naxcıvan Zümrüdü-yaşıl, cüzi bircinsli 1,50

Lavsoniya inermis L. növündən əldə edilmiş 2-ci sort isə Sərxan xına sortudur. Sort il boyu çiçəkləyir, hətta qış aylarında da (dekabr -fevral) çiçəkləmə davam edir.

QAPALI ŞƏRAİTDƏ LAVSONİA İNERMİS L. NÖVÜNÜN ÇİÇƏYİNDƏN ALINMIŞ “MONOFLOR BAL”IN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VƏ İQTİSADİ  SƏMƏRƏSİ
QAPALI ŞƏRAİTDƏ LAVSONİA İNERMİS L. NÖVÜNÜN ÇİÇƏYİNDƏN ALINMIŞ “MONOFLOR BAL”IN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VƏ İQTİSADİ  SƏMƏRƏSİ
Şəkil 2. Tam il boyu çiçəkləmiş Sərxan xına sortu

Sərxan xına sortu (Patent №00232. 28.02.2017) əsasən monoflor bal alınmasında istifadə olunması üçün yetişdirilmişdir. Sortdan alınan monoflor bal mədə - bağırsaq xəstəliklərində istifadə olunduqda müsbət nəticə verir. Xına məhsulu əsasən bitkinin yarpaqlarından hazırlanır. Ona görə də, xına məhsulu almaq istəyən Şirkət və Aqrar Kompaniyalar Orxan xına sortundan, monoflor bal almaq istəyənlər isə Sərxan xına sortundan istifadə etməlidirlər.
Azərbaycan Respublikası Xəzər rayonu Binə qəsəbəsində yerləşən EMA şirkətinin istixanasında Lavsoniya inermis L. növünün çiçəyindən Monoflor Balın alınması üzərində aparılan tədqiqatlar müsbət nəticə vermişdir (İxtira J201372. 02.04.2012). [10].


Şəkil 3. Sərxan xına sortunun çiçəyindən alınmış monoflor bal

QAPALI ŞƏRAİTDƏ LAVSONİA İNERMİS L. NÖVÜNÜN ÇİÇƏYİNDƏN ALINMIŞ “MONOFLOR BAL”IN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VƏ İQTİSADİ  SƏMƏRƏSİ
QAPALI ŞƏRAİTDƏ LAVSONİA İNERMİS L. NÖVÜNÜN ÇİÇƏYİNDƏN ALINMIŞ “MONOFLOR BAL”IN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ VƏ İQTİSADİ  SƏMƏRƏSİ


Qapalı şəraitdə becərilən xına kollarına il ərzində 15 dəfə su verilməlidir. Hər suvarmada 1m² sahəyə 10 l-15 l su sərf edilməlidir.
Qapalı şəraitdə becərilən xına bitkisinə vaxtında aqrotexniki qulluq göstərilməli, il ərzində sahə 7,0-10 dəfə alaq edilməlidir. Ərazidə iki dəfə gübrələmə işi aparılmış yemləmə şəklində birinci və ikinci yığımdan sonra üzvi və mineral gübrələr verilmiş,kolların dibi dörd dəfə yumşaldılmışdır. Zərərverici xəstəliklərə qarşı hər 1 m2 bir dəfə olmaqla dörd dəfə 0,5%-Bİ-58 məhlulu ilə kimyəvi mübarizə aparılmışdır.
Qapalı şəraitdə əkilən dördillik Lavsoniya inermis kolunun hündürlüyü 1,5 metrdən 3,0 m-ə çatır və yüksək keyfiyyətli toxum və xına məhsulu verir. Təcrübə və analizlərin nəticələri göstərir ki, qapalı şəraitdə 1m² sahədə 4 ədəd xına kolu əkib becərmək mümkündür. Bu sahədə becərilən dördillik hər bir xına kolundan birinci yığında 250 q-dan 1,3 kq-dək, ikinci yığında isə 100 q-dan 1,5 kq-dək yaş xına yarpağı yığmaq mümkün olur. Bu halda hər m2 sahədən iki yığım prosesində ümumi olaraq orta hesabla 2 – 11,200 kq yaş xına yarpaq məhsulu yığmaq olar. 1000 m² sahəyə əkilmiş 4000 ədəd xına kolundan orta hesabla 2,2 tondan 11,2 tona qədər məhsul əldə etmək mümkündür. Yığılan yaş xına yarpaqlarından isə 26-29%-ə yaxın xına yarpağı məhsulu əldə oluna bilər. Yəni 1000 m² sahədən 3,0t quru xına yarpaq məhsulu əldə etmək mümkündür.
1000 m² sahədə 5 ədəd Arı ailəsi yerləşdirməklə il ərzində həmin Xına sahəsindən 100 kq “Monoflor bal” almaq olar. Aparılan çoxillik tədqiqatların son nəticələrinə əsaslanaraq demək olar ki, qapalı şəraitdə həm keyfiyyətli xına toxumu, yüksək keyfiyyətli xına məhsulu toplamaqla yanaşı həmin xına əkilmiş istixanada arı ailəsi saxlamaqla Azərbaycanda ilk dəfə bizim tərəfimizdən alınmış “Monoflor bal” almaqla həmin 1 hektar xına sahəsindən 100000 manata qədər gəlir götürmək mümkündür.
İqtisadi hesablamalar göstərir ki, qapalı şəraitdə 100-500 min manat gəlir götürmək olar. Azərbaycanın təbii iqlim şəraitində Xına bitkisinin becərilməsi ölkəmizin bu məhsula olan təlabatını təmin etməyə imkan verir və ilk yeni məhsul “Monoflor bal”ın alınması və satışı iqtisadi gəlir gətirir.
Azərbaycanda (Naxçıvan, Abşeron, Şirvan və Gəncə) qapalı istixana şəraitində 1 ha ərazidəki xına bitkisindən xına məhsulu və Monoflor bal almaqla 1 milyon manata qədər gəlir götürmək mümkündür.
Azərbaycan Respublikasının torpaq-iqlim şəraitində (1975-ci illər), qapalı və açıq ərazilərdə xına bitkisi 46 il ərzində mütəmadi hərtərəfli tədqiq olunaraq müsbət nəticələr əldə olunmuşdur.
Nəticə: Aparılmış çoxillik təcrübələr göstərir ki, Lavsoniya inermis kolları açıq şəraitdə özünü birillik bitki kimi göstərdiyi halda, qapalı şəraitdə həmin kollar xınanın İran ekotipinə məxsus müəyyən morfoloji xüsusiyyətlərini saxlayır, özünü çoxillik bitki kimi göstərir və fenoloji inkişaf fazalarını başa vurmaqla il ərzində 2-3 dəfə məhsul verir.
Elmi tədqiqatların nəticələri göstərir ki, qapalı şəraitdə 1 ha Lavsoniya inermis bitkisinin çiçək və yarpaq məhsulundan Monoflor bal almaqla il ərzində bir milyona qədər gəlir götürmək olar.
Bu məhsulların Şirkət və Kompaniyalar tərəfindən yetişdirilməsi və istifadə olunması tövsiyyə olunur.

Ədəbiyyat

Фирсова М.К. Методы исследования и оценки качества семян / М.К. Фирсова. -Москва: Сельхозгиз, -1955. -376 с.
2a. Огиевский В.В. Лесные культуры и мелиорации. В.В.Огиевский, А.Р.Родин -Москва: Лесн. про-сть, -1974. - 376 с.
Васильченко И.Т. Всходы деревьев и кустарников. Определитель. / И.Т. Васильченко. –Москва-Ленинград : изд. АН ССР, -1969. -302
Cмирнов В.В. Сезонный рост главнейших пород / В.В. Cмирнов. -Москва: Наука, -1964, -165с.
Аббасов Р. М., Мамедов Ф. М. = Хна (həna) Журн. “Наука и жизнь Азербайджана”, № 10, 1974. Баку.
Аббасов Р. М. , Машанов В. И., Мамедов Ф. М. = Хна = перспективная культура для возделывания в Азербайджане . Журн. ”Известия” АН Азерб. ССР, № 3. 1976. Баку.
В.И.Мащанов,Автореферат.,1978
Aхунд-заде И. М., Иващенко А. И. = А.И. = Опыт освоения хны в Азербайджане. Труды Аа. НИИМН, т. 1, 1949. Баку.
Ахунд-заде И. М. = Хна Lawsonia inermis h. Энциклопедический словарь лекарств эфиромасличных и ядовитых растений. 1951. Москва.
Алексеев В. П. = Хна =Lawsonia inermis h. Журн. «Субтропические культуры» , № 4. 1960.
Гюльахмедов А. Н., Мамедов Д. Ш., Агаев И. А. = Влияние различных доз и соотношений минеральных удобрений на рост, развитие и урожайность хны неколючей в условиях Апшерона Азерб. ССР. ДАН Азерб. ССР, № 4. 1978.
Мамедов Ф. М. = Басма Indogofera tinctoiria= Журн. Наука и жизнь Азербайджан , № .1977. Баку.
Sadiqov T.S. Azərbaycanda Xına , Basma Bitkilərinin becərilmə texnologiyası və kosmetik tibbi müalicəvi əhəmiyyəti. “Nurlan”. Bakı- 2007.
Sadiqov T.M. Azərbaycan şəraitində «Xına və Basma» bitkilərinin becərilmə aqrotexnikası və qəbulu haqqında. “Elm və təhsil”, Bakı-2011
Digər xəbərlər: