Gündəm
17:04, 05 Ekim 2021

Bakı məktəbində yoluxma qeydə alındı, sinif bağlandı

Bakı məktəbində yoluxma qeydə alındı, sinif bağlandı



162 nömrəli tam orta məktəbin 8ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir:

“Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır”.
Digər xəbərlər: