Gündəm
17:05, 05 Ekim 2021

Ermənistandakı səs-küylü cinayət işi MN və MTX-ni qarşı-qarşıya qoydu: Abazyan qalib gəldi

Ermənistandakı səs-küylü cinayət işi MN və MTX-ni qarşı-qarşıya qoydu: Abazyan qalib gəldi



Ermənistanda silah tədarükü ilə bağlı açılmış cinayət işi çərçivəsində artıq dörd nəfər – keçmiş müdafiə naziri David Tonoyan, silah tədarükçüsü David Qalstyan, keçmiş aviasiya rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs olunub.

Lakin bu həbslər Ermənistanın yüksəkçinli məmurları arasında getdikcə alovlanan yeni “savaş”a səbəb olub. Belə ki, hazırkı müdafiə naziri Arşak Karapetyan və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan arasında narazılıq yaranıb.

Müdafiə naziri Arşak Karapetyan bu cür səs-küylü işdə Ermənistan ordusunun rüsvay edilməsini qəbul etməyib. Həmçinin cinayət işində Milli Təhlükəsizlik Xidmətinin də əməkdaşlarının adları hallanıb. Lakin iki qurum arasında rəqabət sadəcə bir tərəfin cəzalandırılması ilə nəticələnib.

MN və MTX arasındakı ədavətdə Armen Abazyanın mövqeyi daha üstün olub və cinayət işi çərçivəsində yalnız Arşak Karapetyanın rəhbərlik etdiyi qurumda çalışmış şəxslər həbs edilib.

Mənbə: “Hraparak”
Digər xəbərlər: