Gündəm
17:05, 07 Ekim 2021

Rafael Ağayev səhhəti barədə: “Dəhşət ağrı hiss etdim”

Rafael Ağayev səhhəti barədə: “Dəhşət ağrı hiss etdim”


“Fərdi məşq edərkən ayağım burxulub”.

Bunu Oxu.Az-a sol ayağı qırılan karateçi Rafael Ağayev deyib.

O bildirib ki, ayağında çat da var:

“Hadisə dünən baş verib. İndividual şəkildə məşq edirdim. Bu zaman sol ayağımda dəhşət ağrı hiss etdim. Həkim müayinəsindən sonra məlum oldu ki, ayağımda çat və balaca qırıq var.

Hazırda ayağım gipsdədir. Sağlamlıq vəziyyətimə 10-12 gün sonra aydınlıq gələcək. Dünya çempionatına bir aydan çox vaxt qalıb. Gips açıldıqdan sonra ora gedib-getməyəcəyim tam dəqiq bilinəcək”.
Digər xəbərlər: