Gündəm
Azərbaycanda zəlzələ oldu
Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 kilometr şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 kilometr olan təkanlar zəif hiss olunub.