Gündəm
Əlləri tez-tez yumağın zərəri açıqlandı
Əllərinizi tez-tez yumaq dəriyə zərər verir və hətta gələcəkdə xərçəngin inkişafına da gətirib çıxara bilər.
Bu xəbərdarlıqla tibb elmləri namizədi, dermatoloq İrina Skoroqudaeva çıxış edib.
Həkimin sözlərinə görə, sabun dərini zədələnmədən və zərərli elementlərin udulmasından qoruyan lipid təbəqəsini məhv edir.
“Sabunun tərkibində kifayət qədər sərt yuyucu maddələr var. Bunlar köpük yaradan maddələrdir. Yuyucu maddələr dəriyə zərər verir və bədən üçün arzuolunmaz mayenin orqanizmə keçməsinə səbəb olur. Ona görə dəridə olan qoruyucu səddi pozmaq tövsiyə edilmir”, - deyə dermatoloq bildirib.
Dermatoloq yalnız buna əhtiyac yarananda əlləri yumağı məsləhət bilir.
Mütəxəssis həmçin sabunu seçərkən diqqətli olmağı, tərkibi təbii yağlardan ibarət sabunları almağı tövsiyə edir.
Mənbə: M24.ru
Daha çox xəbər:
Balqabaq yağının faydaları və zərərləri - Öd daşı olanlar, ehtiyatlı olun!
Acı şokoladın 9 möhtəşəm faydası
Xərçəngə qarşı möcüzəvi təsiri olan məhsul açıqlanıb
Kartof insanları belə ZƏHƏRLƏYİR - Mütəxəssisllərdən VACİB TÖVSİYƏLƏR
Bazarlara çıxarılan iri, parlaq və bərk çiyələklər təhlükəlidir? (RƏSMİ CAVAB)