Gündəm
Tibbi maska qripin də qarşısını alır? - AÇIQLAMA
Keçən il qrip və respirator infeksiyaların rast gəlmə tezliyi digər illərlə müqayisədə daha az olub.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.
O bildirib ki, insanların koronavirusa qarşı aldığı tədbirlər digər respirator xəstəliklərdən də qoruyub:
“Tibbi maskadan istifadə, dezinfeksiya tədbirləri digər respirator xəstəliklərin də geniş yayılmasının qarşısını alıb. Odur ki, düşünürük ki, insanların sağlamlıqlarının qeydinə qalması bu şəkildə davam edərsə, qarşıdakı illərdə də qrip və respirator virusların yayılmasında artım müşahidə edilməyəcək”.
Daha çox xəbər: