Gündəm
ABŞ Pakistanın hava məkanından istifadə ilə bağlı razılığa gəlmək istəyir
ABŞ Prezidenti Co Bayden administrasiyası Əfqanıstanda hərbi və kəşfiyyat əməliyyatları üçün Pakistan hava sahəsinin istifadəsi ilə bağlı tezliklə razılığa gələcəyini gözləyir.
Administrasiya nümayəndələri cümə günü ABŞ qanunvericiləri ilə qapalı görüşdə öz planlarını bölüşüblər. Pakistan hökuməti Birləşmiş Ştatlarla anlaşma memorandumunun bağlanılmasında israrlıdır və bunun əsasında Vaşinqton hava sahəsinə çıxış müqabilində Pakistan rəhbərliyinə terrorçularla mübarizədə dəstək verəcək və Hindistanla əlaqələrin qurulmasında onlara kömək edəcək. Danışıqların davam etdiyi və müqavilənin şərtlərinin dəyişə biləcəyi istisna olunmur.
ABŞ qüvvələri hazırda Pakistan hava məkanından qonşu Əfqanıstanda kəşfiyyat aparmaq üçün istifadə edir. Lakin rəsmi razılaşmanın olmaması Pakistan hakimiyyətinin bu təcrübəyə son qoymasına səbəb ola bilər.
Mənbə: CNN
Daha çox xəbər:
“Taliban”dan ABŞ-a xəbərdarlıq: “Əks təqdirdə, bunun müxtəlif nəticələri ola bilər”
Pakistan prezidenti: “İslamabad Bakı ilə əlaqələrin genişləndirilməsində maraqlıdır”
Prezidentdən Pakistan səfiri ilə bağlı SƏRƏNCAM
Pakistan ordusu qar uçqunu altında qalmış 22 tələbəni xilas edib
SON DƏQİQƏ: Azərbaycanın qardaş ölkəsinə hücum: Ölənlər var