Gündəm
Məktəblər noyabrda bağlanacaq? - Nazirlikdən AÇIQLAMA
Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur.
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində bu iddialara münasibət bildirib:
“Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır”.