Gündəm
Yaşı 12-dən çox olan uşaqların vaksinasiyası ilə bağlı VACİB AÇIQLAMA
“Risk qrupuna aid olan xroniki xəstəliklərdən əziyyət çəkən (piylənmə, immun çatışmazlığı, ürək qüsuru, xroniki ağciyər xəstəliyi, böyrək çatışmazlığı, sinir xəstəlikləri, daun sindromları və s.) yaşı 12-dən böyük olan uşaqların koronavirusa qarşı peyvənd olunması tövsiyə edilir”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, hər iki valideynin razılığı əsasında 12 yaşdan böyük olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər:
“Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə elmi araşdırmalar hələ tam başa çatmayıb. Bu səbəbdən ÜST-ün tövsiyəsinə əsasən biz bu gün həmin uşaqlara “Pfizer” vaksinini tövsiyə edə bilirik. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir. Peyvəndlənmə pandemiya dönəmini keçmək üçün vacib amildir”.
Daha çox xəbər:
SON DƏQİQƏ! Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxslərin diqqətinə!
Kök uşaqların sayı artır
Həkim: “Antibiotiklər ağır fəsadlara səbəb olan allergik reaksiyalar verə bilər”
Valideynlərin NƏZƏRİNƏ: Qarşıdakı illərdə uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir
Həkim: “Üçüncü doza vaksin anticisimləri daha öncəki peyvəndlərdən üç dəfə artıq gücləndirir”