Gündəm
Sabahın hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 15-17 dərəcə olacaq. Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.