Gündəm
20:38, 30 Ekim 2021

Ermənistanda pandemiya fəlakəti: Xəstəxanalarda boş çarpayı yoxdur

Ermənistanda pandemiya fəlakəti: Xəstəxanalarda boş çarpayı yoxdur


Ermənistan Səhiyyə Nazirliyi koronavirus xəstəliyinin yayılması ilə bağlı vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar açıq məkanda məcburi maska ​​rejimini bərpa etmək qərarına gəlib. Bu barədə şənbə günü idarənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ermənistanda koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə gərgindir, yoluxanların sayının kəskin artması səbəbindən xəstəxanalarda praktiki olaraq boş çarpayı yoxdur, yüzlərlə xəstə xəstəxanaya yerləşdirilməni gözləyir. Ölkədə son sutka ərzində koronavirusa yoluxanların sayı 2096 nəfər artıb, 43 nəfər ağırlaşmalardan dünyasını dəyişib.

Çətin epidemik vəziyyətlə əlaqədar respublikanın Təhsil, elm, mədəniyyət və idman nazirliyi ali məktəblərə oktyabrın 26-dan noyabrın 15-dək distant təhsilə keçməyi təklif etmək, eləcə də məktəblilərin payız tətilini noyabrın 7-dək uzatmaq barədə qərar qəbul edib.

Mənbə: TASS
Digər xəbərlər: