Gündəm
Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində nümayiş etdirilib

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovaya məxsus “ASMAR Art” pavilyonunda Azərbaycan rəssamları ilə yanaşı, Türkiyə, Fransa, Əlcəzair və Gürcüstandan olan müəlliflərin də sənət əsərləri təqdim olunub.
Onların arasında Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun impressionist üslubda çəkdiyi əsərlər də olub.
Pavilyonda təqdim olunan əsərlərdəki rəng sxemi, ətraf aləmin qavranılması kimi mühüm məsələlər sərgi ziyarətçilərində böyük maraq doğurub.
Daha çox xəbər:

Bu müəlliflərin əsərləri və 11 film dövlət varidatı elan olundu - SİYAHI

Almaniyada Zəfər Günü ilə bağlı sərgi təşkil edilib - FOTO

Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində - FOTO

Xalq artisti dünyasını dəyişdi - FOTOLAR

İstanbulda “Qarabağ Azərbaycandır!” adlı təntənəli bayram tədbiri keçirildi - FOTO