Gündəm
10:25, 03 Kasım 2021

Yerlə Uran arasına məsafə azalacaq

Yerlə Uran arasına məsafə azalacaq



Noyabrın 5-də Yerlə Günəşə əks mövqedə olan Uran arasındakı məsafə azalacaq.

Moskva Planetariumunun mətbuat xidmətinin məlumatına görə, bu, planetin müşahidəsi üçün əla şərait yaradacaq:

“5 noyabr 2021-ci il cümə günü, Moskva vaxtı ilə saat 3:00-da (Bakı vaxı ilə 4:00) Uran Günəşə əks tərəfdə olacaq. Teleskop vasitəsilə yeddinci planeti müşahidə etmək üçün ən yaxşı vaxt yaxınlaşır”.

Uran hər il şimal enlikləri səmasında daha yüksəkdə yerləşir. Astronomların fikrincə, payızdan qışın sonuna qədər olan dövr onu müşahidə etmək üçün ən yaxşı vaxtdır.

Mənbə: “Vestnik Kavkaza”
Digər xəbərlər: