Gündəm
Beyin üçün ən faydalı məhsul açıqlandı
Beyin sağlamlığı üçün ən faydalı məhsulun balıq olduğu açıqlanıb.
Bunu Fransanın Bordo Universiteti alimləri bildiriblər.
Onlar istehlak edilən balıq məhsullarının həcmi ilə beyin xəstəlikləri arasında birbaşa əlaqənin olduğunu müəyyən ediblər.
Müvafiq araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub.
Tədqiqatda yaşı 65-dən yuxarı 1623 nəfər iştirak edib. Onların MRT nəticələrilə qida vərdişləri araşdırılıb. İştirakçılar istehlak etdikləri balıq məhsullarının həcminə görə dörd qrupa (həftədə 1 dəfə və daha az, 2 dəfə, 3 dəfə, 4 dəfə və daha çox) bölünüb. Daha çox balıq məhsulları yeyən şəxslərdə daha az və daha yüngül beyin xəstəlikləri müşahidə olunub.
Mənbə: “RİA Novosti”
Daha çox xəbər: