Gündəm
Amnistiya Aktı 100 qadına şamil olunacaq
“Ənənəvi olaraq amnistiya qərarları bayram günləri ilə bağlı qəbul olunur”.
Bunu Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən iclasında deyib.
“Akta əsasən, təxminən, 3 min məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmiş 1 000-dən çox şəxs, himayəsində uşağı olan, təxminən, 600 nəfər və təxminən, 100 qadın amnistiyaya düşəcək. Onu da qeyd edim ki, indidən dəqiq rəqəmləri söyləmək çətindir. Rəqəmlərin təqribən, bu civarda olacağı gözlənilir”, - o bildirib.
Daha çox xəbər:
Bu gün Milli Məclis Amnistiya Aktını müzakirə edəcək
"Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm" - Milli Məclis Sədrinin müavini
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?
Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR