Gündəm
16:10, 05 Kasım 2021

İmişlidə zorlanan 11 yaşlı uşağın ölən körpəsi ilə bağlı AÇIQLAMA

İmişlidə zorlanan 11 yaşlı uşağın ölən körpəsi ilə bağlı AÇIQLAMA



İmişlidə zorlanan 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsindən qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi körpənin vəfat etdiyi barədə məlumat vermişdik.

Oxu.Az xəbər verir ki, 11 yaşlı qızın ailəsi, nənə və babası redaksiyamıza açıqlmasında azyaşlının körpəsinin meyitinin xəstəxanadan götürülməsi ilə bağlı heç bir müraciət etməyəcəklərini deyib.

Respublika Klinik Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 11 yaşlı ananın ölən uşağının cəsədi xəstəxana tərəfindən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Əldə olunan bir digər məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri ilə birlikdə 11 yaşlı qızın qardaşı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.
Digər xəbərlər: