Gündəm
Yazıçı: “Polad Həşimov dörd dördlük reallıqdır, mən onu necə mif kimi təqdim edə bilərdim?” - FOTO
Bir müddət əvvəl şəhid general Polad Həşimov barədə yazıçı İlqar Kamilin “Polad necə bərkidi?” adlı esselər kitabı işıq üzü gördü. Kitab oxucular və ədəbi mühit tərəfindən yaxşı qarşılandı.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunan kitaba oxucu marağını nəzərə alaraq, müəlliflə ədəbi söhbəti təqdim edirik:
- Əsərinizin adını Nikolay Ostrovskinin əsərinin adından götürübsünüz: “Polad necə bərkidi?” O əsərdə söhbət daha çox qəhrəman Pavel Korçaginin şəxsi faciələrindən gedir. Nə üçün xalq yolunda qurban gedən şəhid general Polad Həşimov haqqındakı kitabınızın adını şəxsi faciələri əsas sayan qəhrəmanla bağlı əsərdən almısınız?
- Yəqin, bu daha çox mənim bir psixoloq kimi xüsusi dəsti-xəttimlə əlaqəlidir. Belə ki, bəzən müəyyən şəxsi narahatlıqlarla mənə müraciət edən pasiyentlərimi gerçək, dərin və İlahi bir dərdlə tanış etmək kimi bir metodum var. Onlara yeni bir maraqlı dərd təqdim edirəm - dərhal əllərindəkini atırlar yerə. Təəccüblənməyin, insan belə yaradılıb, tez-tez dostlarıma deyirəm ki, inanın, bütün bu xırda-para dərdlərimiz böyük dərdlərimiz olmadığı üçün üzərimizdə belə ağalıq edirlər. Meydanı boş görürlər. Bunu haradan öyrənmişəm? Kitablardan! Hötenin “Gənc Verterin iztirabları”nı oxuyanda düşünmüşdüm: bir roman yazım, adını da qoyum, məsələn, “Gənc Əhmədin iztirabları” və orada göstərim, gerçək iztirab necə olur, necə olmalıdır, hansı iztirablar insanı intihar həddinə gətirsə, haqqı var və s. Demirəm Verterin iztirabları xırda idi, dəyərsiz idi, amma nəyəsə görə onlar məndə intihara haqq qazandıra bilmədi. Ümumiyyətlə, müasir depressiv insanın xilasını, həm də yeni dövrün individualizasiyasında - şəxsi həyat, şəxsi dərd, şəxsi faciə bəlasından xilasda görürəm, yəqin ad seçimimin alt şüuru budur.
Daha çox xəbər:
Polad Həşimovun tələbə qızı ilk dərs günü atasının məzarını ziyarət edib - FOTO
Polad Həşimovun müəllimi: “Onun gözlərinin dərinliklərinə baxanda bilirdim ki...” - FOTO
Türkiyədə Polad Həşimovun anasına mükafat təqdim olundu - FOTO
Ön cəbhədə döyüşən əsgərimizin üçəmləri dünyaya gəlib - VİDEO
İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi - RƏSMİ