Gündəm
Qarabağa dəymiş ziyanın aradan qaldırılması üçün xərclənən məbləğ AÇIQLANDI - FOTO
Bu gün, noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədovun rəhbərliyi ilə komissiyanın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazir Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycanın rəşadətli Silahlı Qüvvələrini 44 günlük Vətən müharibəsində qazanılmış zəfər münasibətilə təbrik edib və qələbəyə görə təşəkkürünü bildirib, şəhidlərə rəhmət, müharibə zamanı yaralanmış qazilərə sağlamlıq diləyib.
İclasda komissiyanın 1 ili ərzində gördüyü işlərin vəziyyəti müzakirə olunub.
Baş nazir qeyd edib ki, bütövlükdə dəymiş ziyanın aradan qaldırılması üçün indiyədək 113,7 milyon manat, o cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, səkkiz təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənib.
Komissiya tərəfindən 13 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.
Ötən dövr ərzində 12 125 obyektdə, yəni bütün obyektlərin 91.2 %-də təmir, bərpa və tikinti işləri tam başa çatdırılıb.
Hazırda 1 094 obyektdə, yəni bütün obyektlərin 8.2 %-də tikinti və təmir işləri davam etdirilir.
Beləliklə, təmir və tikintisi üzrə işlərin başa çatdığı və icra prosesində olan obyektlərin ümumi sayı 13 219 və ya 99.4 % təşkil edir.
Bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0.6 %-dir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır.
İclasda məruzələr dinlənilib və işlərin yekun mərhələsinə dair müvafiq tapşırıqlar verilib.
Daha çox xəbər:
Tovuzun kəndlərinə və dinc əhaliyə dəymiş ziyan qiymətləndirilir
Gəncədə ermənilərin atdığı raketlə dörd nəfərin şəhid olduğu ev yenidən bərpa olundu - FOTO
ABŞ-ın Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib - FOTO
Şəhid qardaşların anım günü qeyd olunub - FOTO
Azərbaycanda qazın və elektrik enerjisinin qiymətləri dəyişdirildi - QƏRAR